Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna yekun vurulub.
Matc.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşma baş tutub.
Türkiyə çempionu "Başakşəhər" öz meydanında "Mançester Yunayted"i məğlub etməklə çL-də ilk qələbəsini rəsmiləşdirib. H qrupunun digər görüşündə isə PSJ və "Leyptsiq" üz-üzə gəlib. Paris təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
E qrupunda "Sevilya" "Krasnodar"ı, "çelsi" "Renn"i qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.
F qrupunda "Zenit" "Latsio"nu, "Brügge" Dortmund "Borussiya"sını sınağa çəkib. Rusiyadakı oyunda heç-heçə qeydə alınıbsa, Belçikada dortmundlular darmadağına seviniblər.
Ardıcıl iki qələbə qazanan "Barselona" Kiyev "Dinamo"sunu da məğlub edib. G qrupunun digər matçında "Yuventus" "Ferentsvaroş"u səfərdə darmadağın edib.
UEFA çempionlar Liqası
Qrup mərhələsi
4 noyabr
E qrupu
"Sevilya" (İspaniya) – "Krasnodar" (Rusiya) 3:2
Qol: Rakitiç, 42. En Nesiri, 69; 72 – Süleymanov, 17. Berq, 21-pen.
"çelsi" (İngiltərə) – "Renn" (Fransa) 3:0
Qol: Verner, 10-pen; 41-pen. Abraham, 50.
çelsi – 7, Sevilya – 7, Krasnodar – 1, Renn – 1.
F qrupu
"Zenit" (Rusiya) – "Latsio" (İtaliya) 1:1
Qol: Eroxin, 32 – Kaysedo, 82.
"Brügge" (Belçika) – "Borussiya" (Dortmund, Almaniya) 0:3
Qol: Hazard, 14. Haland, 18; 32.
Borussiya (Dortmund) – 6, Latsio – 5, Brügge – 4, Zenit – 1.
G qrupu
"Barselona" (İspaniya) – "Dinamo" (Kiyev, Ukrayna) 2:1
Qol: Messi, 5-pen. Pike, 65 – Tsiqankov, 75.
"Ferentsvaroş" (Macarıstan) – "Yuventus" (İtaliya) 1:4
Qol: Boli, 90 – Morata, 7; 60. Dibala, 73. Dvali, 81-öz qapısına.
Barselona – 9, Yuventus – 6, Dinamo – 1, Ferentsvaroş – 1.
H qrupu
"Başakşəhər" (Türkiyə) – "Mançester Yunayted" (İngilıtərə) 2:1
Qol: D.Ba, 13. Vişça, 40 – Marsyal, 43.
"Leyptsiq" (Almaniya) – PSJ (Fransa) 2:1
Qol: Nkunku, 42. Forsberq, 56-pen. – Di Maria, 6.
Mançester Yunayted – 6, Leyptsiq – 6, PSJ – 3, Başakşəhər – 3.