"Liverpul" UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Atalanta"nı 5:0 hesabı ilə məğlub edib.
 
Matc.az xəbər verir ki, Mersisayd klubunun hücumçusu Məhəmməd Salah üçün bu oyun əlamətdar olub.
 
Komandasının 4-cü qolunu vuran misirli futbolçu turnirdə "qırmızılar"ın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb. Bununla da, o, bu göstəricidə komandanın sabiq futbolçusu Stiven Cerrarda çatıb. Hazırda Salah Cerrarda birlikdə çempionlar Liqasında "Liverpul"un ən çox qol vuran futbolçusudur.
 
üç turdan sonra 9 xal toplayan "Liverpul" qrupun lideridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest