04 Noyabr 2020, 14:44
ÇEMPİONLAR LİQASI
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyə "Sivasspor"u ilə Azərbaycan çempionu "Qarabağ" arasında keçiriləcək matçın hakimləri dəyişib.
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlərə tapşırılıb.
Oyunun baş hakimi Sandro Şörer təyin olunub. Ona Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.
UEFA 4-cü hakimi dəyişdirməyib. Ehtiyat hakim funksiyasını öncədən təyin olunduğu kimi, Portuqaliyadan olan Yanku Yoan Vasilitsa yerinə yetirəcək.
Avropa futbol qurumu daha əvvəl oyunu Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə tapşırmışdı.