UEFA çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Almaniya "Borussiya"sından (Münhenqladbax) Alassan Plea, İngiltərə "Liverpul"undan Dioqo Jota, Almaniyanın digər təmsilçisi Dortmund "Borussiya"sından Erlinq Haland və İspaniya "Sevilya"sından Yussef En Nasiri iddia edir.
 
Plea qrup mərhələsinin üçüncü turunda Ukrayna "Şaxtyor"una 6:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Jota isə eyni uğura İtaliyada "Atalanta" ilə matçda (0:5) imza atıb. Haland Belçikada "Brügge"ni 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada dubl müəllifi olub. En Nesiri isə Rusiya "Krasnodar"ı ilə ev oyununda (3:2) 2 qol vurub.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest