İspaniyanın "Sevilya" klubu UEFA çempionlar Liqasının tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, Xulen Lopeteqinin çalışdırdığı bu komanda indiyədək heç bir klubun bacarmadığını reallaşdırıb.
 
Belə ki, "Krasnodar"la görüşən Sevilyanın eyniadlı təmsilçisi fasiləyə həm hesabda geridə, həm də azlıqda yollanan, lakin üç xal qazanan ilk komanda olub.
 
İspanlar ilk hissəsi 1:2 hesabı ilə başa çatan qarşılaşmada əzmkar qələbəyə sevinib – 3:2. Baxmayaraq ki, kapitan Xesus Navas fasiləyə saniyələr qalarkən sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün "Sevilya" ikinci hissədə 10 nəfərlə mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest