05 Noyabr 2020, 15:12
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Macarıstan "Ferentsvaroş"u ilə matç İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerası ərzində ardıcıl 18-ci dəfə qitənin bir nömrəli klub turnirində iştirak edib.
35 yaşlı futbolçu hələlik bu göstəricidə İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyasdan geridə qalır. Veteran qolkiper ardıcıl 20 dəfə çempionlar Liqası həyəcanını yaşayıb.
Qeyd edək ki, "Ferentsvaroş" - "Yuventus" oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo koronavirusa yoluxduğu üçün qrup mərhələsinin ilk 2 oyununda meydana çıxa bilməyib.