Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilməli olan "Midtyulland" (Danimarka) - "Liverpul" (İngiltərə) oyunu baş tutmaya bilər.
 
Matc.az xəbər verir ki, buna Danimarkada koronavirusun yeni növünün aşkarlanması səbəb göstərilir.
 
Mersisaydlılar sözügedən ölkədən qayıtdıqdan sonra 2 həftə karantində qalmalıdırlar. Bu isə komandanın planlarına uyğun gəlmir.
 
Qeyd edək ki, qarşılaşma dekabrın 9-da keçirilməlidir. Komandalar arasında ilk oyunda "Liverpul" 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest