Futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş Macarıstan "Ferentsvaroş"u ilə oyun İtaliya çempionu "Yuventus"un hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi matçda portuqal futbolçu turinlilərin ilk qolunun müəllifi olub.
 
Bununla da o, çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldo bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekorduna şərik olub.
 
"Yuventus" 4 turdan sonra 9 xalla G qrupunda ikincidir. Turin klubu növbəti turda (2 dekabr) Kiyev "Dinamo"su ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest