İngiltərənin "çelsi" klubunun hücumçusu Olivye Jiru çempionlar Liqasının tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, 34 yaşlı fransız futbolçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.
 
Forvard qrup mərhələsinin 5-ci turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.
 
Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "çelsi"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest