"Rəqib qol vuranadək hər şey istədiyimiz kimi, plana uyğun gedirdi". Bu sözləri matc.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Dani Kintana deyib.

İspaniyalı legioner "Neftçi" ilə Topaz Premyer Liqasının XV turunun görüşü (1:1) barədə fikirlərini açıqlayıb: "Amma buraxılan qoldan sonra komandada psixoloji cəhətdən eniş hiss olundu. Lakin ümumilikdə matçın nəticəsini ədalətli saymaq olar. Hər zaman komandaya kömək eləməyə hazıram. Bundan məmnunluq duyuram. çox təəssüf ki, bugünkü qolum komandamıza 3 xal qazandırmadı. Buna görə də evə könülsüz gedirəm. "Neftçi" müdafiəçilərinin sərt oynadığını düməzdim. çempionatın iki lideri qarşılaşırdı. Mənə elə gəlir ki, çox sərtlik yox idi, normal oyun mübarizəsi idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest