"InStat"ın təhlilinə əsasən, Topaz Premyer Liqasında XV turun ən yaxşı futbolçusu məlum olub. Matc.az saytı xəbər verir ki, bu, "Səbail"in müdafiəçisi Elvin Yunuszadədi.

"Keşlə"yə qarşı səfər görüşündə 90 dəqiqə meydanda olan futbolçu bir qolun müəllifi olub. Araşdırmalara əsasən, Yunuszadə turun ən yaxşı indeksə malik futbolçusudu.

Qeyd edək ki, "Keşlə" - "Səbail" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest