"Real"ın baş məşqçisi Karlo Ancelotti çempionlar Liqasının finalında "Liverpul"a qarşı oyundan əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan əvvəl  təşkil olunan mətbuat konfransında bunları deyib:
 
"Bütün finallarımla bağlı yaxşı xatirələrim var. Ən yaxşı oynadığımız oyunda – "Milan"ı çalışdırdığım vaxt 2005-ci ildə "Liverpul"a uduzduq. Amma bu gün futbolçularıma deməyəcəm ki, qalib gəlmək üçün pis oynamaq lazımdır. (gülür)
 
Finala yaxşı hazırlaşmağa vaxtımız oldu. Əminəm ki, bütün gücümüzü ortaya qoyacağıq".
 
çempionlar Liqasının final oyunu bu gün keçiriləcək və saat 23:00-da başlayacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest