15 Aprel 2025, 16:16
FUTBOL
“İnter” baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, İtaliya klubu çalışdırıcısı ilə yeni müqavilə imzalayacaq.
Tərəflər arasında bir müddətdi aparılan danışıqlar artıq müsbət yekunlaşıb. Həm rəhbərlik, həm də İnzagi yeni sazişin imzalanmasında razılığa gəlib. Anlaşmaya əsasən, onun məvacibi də artırılacaq.
Qeyd edək ki, Simone İnzaqinin “İnter”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi. Milan klubu hazırda A Seriyasının turnir cədvəlində 32 turdan sonra 71 xalla birincidi.