29 May 2022, 10:08
ÇEMPİONLAR LİQASI
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Liverpul"a qalib gəlmələri (1:0) haqda danışıb.
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti çempionlar Liqasının finalında "Liverpul"a qalib gəlmələri (1:0) haqda danışıb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:
"Mən buna inana bilmirəm. Fantastik mövsüm keçirdik. Yaxşı çıxış etdik. çətin oyun oldu və xüsusilə, birinci hissədə çox əziyyət çəkdik. Hesab edirəm ki, biz bu turnirdə qalib olmağa layiq idik. Biz çox xoşbəxtik. Keçən il buraya gəlmək mənə qismət oldu və fantastik bir mövsüm keçirdim. Möhtəşəm klub, keyfiyyətli oyunçular, yaxşı heyət… Son matçda azarkeşlər bizə çox kömək etdilər. Biz xoşbəxtik, onlar da xoşbəxtdirlər".
Karlo Ançelotti karyerasında 4-cü, "Real" isə tarixində 14-cü dəfə çL-in qalibi olub.