Futbol üzrə UEFA çempionlar Liqasında 2021/22 mövsümünün bombardirinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Madrid "Real"ının hücumçusu Kərim Benzema mövsümün ən çox qol vuran futbolçusu olub.
 
O, mövsüm ərzində ümumilikdə 12 oyunda 15 qola imza atıb. Fransalı hücumçu 2 qol ötürməsi də verib.
 
Benzema bombardirlər siyahısında Robert Levandovskini ("Bayern", 13 qol) və Sebastyen Alleri ("Ayaks", 11 qol) qabaqlayıb. 
 
Xatırladaq ki, "Real" finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə çL-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest