29 May 2022, 12:36
ÇEMPİONLAR LİQASI
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti UEFA çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Matc.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində baş məşqçi kimi 4-cü qələbəsini qazanıb.
İtaliyalı mütəxəssisin komandası həlledici matçda İngiltərə "Liverpul"unu 1:0 hesabı ilə məğlub edib. Bu, Ançelottinin turnirdə 4-cü çempionluğu olub. Nəticədə Karlo çempionlar Liqasında dörd dəfə çempionluq əldə edən ilk məşqçi kimi tarixə düşüb. O, hərəyə 3 belə qələbəsi olan Zinəddin Zidan və Bob Peyslini qabaqlayıb.
Xatırladaq ki, 62 yaşlı mütəxəssis daha əvvəl "Milan"la 2 (2003, 2007), "Real"la 1 dəfə (2014) çL-in qalibi olub.