Futbol üzrə UEFA çempionlar Liqasında 2021/22 mövsümünün son həftəsinin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qalibi olan "Real"ın qapıçısı Tibo Kurtua son həftənin ən yaxşısı seçilib.
 
Belçikalı qapıçı "Liverpul"la final matçında (1:0) 9 seyv etməklə komandasının qələbəsində əsas pay sahibinə çevrilib.
 
çL-də son həftənin ən yaxşı oyunçusu adına "Real"ın daha 2 futbolçusu  - Vinisius Junior və Kazemiro, həmçinin "Liverpul"un müdafiəçisi İbrahima Konate də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest