UEFA çempionlar Liqasının 2021/22 mövsümünün ən yaxşı gənc futbolçusu məlum olub. Matc.az xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior çempionlar Liqasının son mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.
 
21 yaşlı braziliyalı çL-də 13 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
 
O, çempionlar Liqasının finalında – "Liverpul"la görüşdə (1:0) qələbə qolunu vurub.
 
Vinisius 2021/22 mövsümündə "Real"la bütün yarışlarda 52 matçda 22 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest