07 İyun 2022, 15:57
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatmada ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.
İlkin təsnifat mərhələsində Estoniya "Levadiya"sı İslandiyanın "Vikinqur" komandasına, San Marinonun "La Fiorita" klubu isə Andorra "İnter"inə rəqib olub.
Yarımfinallar iyunun 21-də, final isə iyunun 24-də olacaq. Oyunlar İslandiyada keçiriləcək.
İlkin təsnifat mərhələsinin qalibi 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu mərhələnin püşkü iyunun 14-də atılacaq.