13 İyun 2022, 17:12
ÇEMPİONLAR LİQASI
"Qarabağ"ın UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib. Matc.az xəbər verir ki, sabah keçiriləcək püşkatmada "səpələnmişlər" səbətində olan Azərbaycan çempionunun rəqibi "səpələnməmişlər" səbətində yer alan bu 5 komandadan biri olacaq:
"Jrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)
Püşkatma mərasimi sabah Bakı vaxtı ilə 14:00-da başlayacaq. 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.