Bu gün UEFA çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi Polşa çempionu "Lex"lə düşüb.
 
Bu mərhələnin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda baş tutacaq.
 
UEFA çempionlar Liqası
I təsnifat mərhələsi
 
"Pünik" (Ermənistan) - çFR Kluj (Rumıniya)
"Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus)
"Lüdoqorets" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro)
"Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya)
"Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan)
"Malmö" (İsveç) - İlkin mərhələnin qalibi
"Ballkani" (Kosovo) - "Jalgiris" (Litva)
HJK (Finlandiya) - RFS (Latviya)
"Bodo Qlimt" (Norveç) - "Klaksvik" (Farer adaları)
TNS (Uels) - "Linfild" (Şimali İrlandiya)
"Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta)
"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)
"Şkupi" (Şimali Makedoniya) - "Linkoln" (Cəbəllütariq)
"Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova)
"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest