Bu gün UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşib.
 
Ağdam klubunun Polşa "Lex"i ilə cütü A qrupunda səpələnmişlər sırasındaydı. Bu cütün qalibini növbəti mərhələdə "Sürix"lə (İsveçrə) oyunlar gözləyir.
 
çL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk görüşləri 19-20, cavab matçları 26-27 iyulda baş tutacaq. 
 
"Qarabağ" "Lex"ə qarşı ilk matçını səfərdə, cavab matçını evdə keçirəcək. "Sürix"in rəqibi olacaq komanda ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest