Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşib.

Bu gün UEFA çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşib.
 
Ağdam klubunun Polşa "Lex"i ilə cütünün qalibini növbəti mərhələdə "Sürix"lə (İsveçrə) oyunlar gözləyir.
 
"Qarabağ" "Lex"ə qarşı ilk matçını səfərdə, cavab matçını evdə keçirəcək. "Sürix"in rəqibi olacaq komanda isə ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının da yeni mövsümdəki ilk rəqibi bilinib. Zaqreblilər "Şkupi" (Şimali Makedoniya) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcəklər. Mahirin komandası ilk matçını evdə, cavab görüşünü səfərdə keçirəcək.
 
2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Türkiyənin "Fənərbaxça" klubunu isə Kiyev "Dinamo"su (Ukrayna) ilə oyunlar gözləyir.
 
çL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk görüşləri 19-20, cavab matçları 26-27 iyulda baş tutacaq.
 
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsi
 
"Tobol" (Qazaxıstan)/"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)/"Dinamo" (Batumi, Gürcüstan)
 
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)/"Linkoln" (Cəbəllütariq)
 
"Lex" (Polşa)/"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
 
HJK (Finlandiya)/RFS (Latviya) - "Viktoriya" (çexiya)
 
TNS (Uels)/"Linfild" (Şimali İrlandiya) - "Bodo Qlimt" (Norveç)/"Klaksvik" (Farer adaları)
 
"Ballkani" (Kosovo)/"Jalgiris" (Litva) - "Malmö" (İsveç)/İlkin mərhələnin qalibi
 
"Lüdoqorets" (Bolqarıstan)/"Sutyeska" (Monteneqro) - "Şemrok Rovers" (İrlandiya)/"Hibernians" (Malta)
 
"Maribor" (Sloveniya)/"Şaxtyor" (Soliqorsk, Belarus) - "Zrinski" (Bosniya və Herseqovina)/"Şerif" (Moldova)
 
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)
 
"Pünik" (Ermənistan)/çFR (Rumıniya) - "Düdelanj" (Lüksemburq)/"Tirana" (Albaniya)
 
Liqa yolu
 
"Midtyulland" (Danimarka) - AEK (Kipr)
 
"Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbaxça" (Türkiyə)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest