10 Avqust 2022, 12:45
ÇEMPİONLAR LİQASI
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.
"Qarabağ"ın UEFA çempionlar Liqasının pley-off mərhələsində çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda keçirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.
Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.