"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XVII turunun rəmzi komandası açıqlanıb. Simvolik komandada ən çox oyunçu ilə təmsil olunan komanda "Keşlə" olub. Bakılıların 4 üzvü heyətə salınıb.
"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XVII turunun rəmzi komandası açıqlanıb. Matc.az saytı xəbər verir ki, simvolik komandada ən çox oyunçu ilə təmsil olunan komanda "Keşlə" olub.
Bakılıların 4 üzvü heyətə salınıb. "Neftçi"nin qapıçısı Səlahət Ağayev isə bu mövsüm 9-cu dəfə simvolik komandaya düşüb. Əvəzində "ağ-qaralar"ın yeni transferləri Evangelos Platellas, Canluka Sansone ilk dəfə bu siyahıda özlərinə yer ediblər.
Qapıçı: Səlahət Ağayev ("Neftçi")-9
Müdafiəçilər: Azər Salahlı ("Keşlə")-2, Voislav Stankoviç ("Qəbələ")-4, Jarjue Maudo ("Səbail"), Cabir Əmirli ("Keşlə")
Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ")-5, Riçard Almeyda ("Qarabağ")-2, Nikola Mitroviç ("Keşlə"), Evangelos Platellas ("Neftçi")
Hücumçular: Canluka Sansone ("Neftçi"), Amil Yunanov ("Keşlə")
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.