21 Fevral 2019, 11:50
MPL
"InStat"ın təhlilinə əsasən Topaz Premyer Liqasının XVII turunun ən yaxşı futbolçusu məlum olub. Matc.az saytı xəbər verir ki, bu, "Keşlə"in hücumçusu Amil Yunanovdu.
"Sumqayıt"a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolla yadda qalıb. Araşdırmalara əsasən Amil Yunanov turun ən yaxşı indeksə malik futbolçusudu.
Qeyd edək ki, "ASK Arena"da keçirilən oyunda "Keşlə" 2:1 hesablı qələbə qazanıb.