29 Noyabr 2022, 16:44
MPL
"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər matçını şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib
"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 15-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər matçını şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Regionlarda oynamaq çox çətindir. Süni meydanlar oyunçulara çətinlik yaradır. çünki yorulurlar. Futbolçulara təşəkkür edirəm. Sona qədər oyundan qopmadıq və qəlbə qolunu vura bildik".
Musayev "Qarabağ"ın "Zirə" ilə matçda xal itirməsi və aradakı fərqin 3-ə enməsi barədə sualı belə cavablandırıb:
"Turnir cədvəlinə baxmıram. çempionluq mübarizəsi barədə düşünmürük. Oyundan oyuna baxmalıyıq. Neçə xal toplayacağımız, neçənci olacağımız mövsümün sonunda bəlli olacaq".