"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 15-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 15-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Xal qazanmaq istəyirdik. öz azarkeşlərimizin qarşısında oynayırdıq. Gözəl dəstək də oldu. Heyətlə bağlı problemlərimiz var. Bəlkə, bu gün meydanda olan futbolçulaırmızın yarısı oynamamalı idi. Xarakter göstərdilər. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edirəm. Rəqibimiz çempionatın ən yaxşılarından idi. Futbolçularımızın, oyunumuzun inkişafını istəyirik. İlk çempionat matçı ilə indikini müqayisə etsək, inkişaf görünür. Heyətlə bağlı çətin durumdayıq. Zədəlilərimiz var. Yenə də sona qədər mübarizə apardıq. Bilirdik, səhv etmək olmaz. Bir epizod buraxdıq. Əsas odur ki, futbolçularımız meydanda təslim olmadı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest