"Bu gün iki fərqli hissə alındı". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Topaz Premyer Liqasının XIX turunda "Sumqayıt"ı qəbul edən paytaxt təmsilçisi rəqibin müqavimətini qıra bilməyib.

Hacıyev oyunsonrası mətbuat konfransında bunun səbəbini belə izah edib: "Meydana itkilərlə çıxmışdıq. üstəlik, ilk dəqiqlərdə Vüqar Bəybalayevin zədələnməsi planımıza təsir etdi. Amma düşünürəm ki, pis oynamadıq. Rəqib də buna dönüş oyunu kimi baxırdı. "Neftçi" ilə qarşılaşmadan sonra bu oyuna hazırlaşmaq asan olmadı. Birinci hissəni rəqib üstün keçirdi. Fasilədən sonra oyunu bərabərləşdirməyi bacardıq. Amma son nöqtəni qoymağa dəqiqlik çatmadı. Nəticəni ədalətli sayıram. Məncə, bu gün xal itirmədik, 1 xal qazandıq. İndi hər xal bizim üçün qızıla bərabərdi".

Hacıyev erkən əvəzlənən Vüqar Bəybalayevin durumu barədə də məlumat verib: "Həmin epizodda hakimin niyə cərimə zərbəsi təyin etməməsini anlaya bilmirəm. Vüqarın vəziyyəti ürəkaçan deyil. Sifətində şiş var. Hazırda nəsə demək çətindi. Qarşıdakı günlərdə daha dəqiq məlumat verə bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest