"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 16-ci turunun "Şamaxı" ilə oyunundan sonra açıqlama verib. Matc.az xəbər verir ki, o, 1:1 hesabı ilə bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 16-ci turunun "Şamaxı" ilə oyunundan sonra açıqlama verib. Matc.az xəbər verir ki, o, 1:1 hesabı ilə bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Demək olar ki, rəqibdən üstün idik. çox təəssüf ki, qalib gələ bilmədik. Biz tam üstün idik. Günahı özümüzdə də axtarmalıyıq. İkinci hissə nəzarətimizdə keçdi. Komandaya təşəkkür edirəm. Belə oyunlarda 3 xal qazanmalıyıq.
 
Oyun epizodunda alınan qırmızı vərəqəyə görə azlıqda qaldıq. Onun ucbatından biz 3 xal itirdik.
 
çoxlu qələbələr seriyası qazanandan sonra peşəkarlıq ortaya çıxır. Avrokuboklarda oynamaq istəyiriksə, peşəkar olmalıyıq. Bu oyunda səhvlər etdik.
 
Zədələnən Aleksey İsayev barədə heç nə deyə bilmərəm. Tibbi müayinədən sonra hər şey aydın olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest