04 Dekabr 2022, 18:07
MPL
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 16-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 16-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"İlk qələbəmizi qazandıq. Nə qədər ağır olsa da, ilkdir. Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək. Qələbə futbolçuların özlərini oyuna maksimum kökləməsi nəticəsində mümkün oldu. Azlıqda qalsaq da, qol vura bildik. İlk dəqiqələrdən göstərdik ki, qalib gəlmək istəyirik. Hər kəsi təbrik edirəm. Kubok matçında burada uduzmuşduq. Buna baxmayaraq, fanatlar yenə bizi tək qoymadı. Onlara təşəkkür edirəm".
Start heyətində radikal dəyişikliklərə əl atan baş məşqçi bunun vacib olduğunu söyləyib: "Dəyişikliklərin gözlənildiyini demişdik. Meydanda və meydandan kənarda da işlər görürük. Ofisdə gördüyümüz işlər meydançadakını ötüb keçib. Futbolçulara çatdırmaq lazım idi ki, bu gün uddun, uduzdun, müqavilən var, ya yoxdur, bizlik deyil. Heyətimiz kasad olsa da, bu addımı atmaq məcburiyyətində qalsaq da, edəcəyik".
O, Araz Abdullayevin göndərilməsinə də toxunub: "çağırdım və onunla danışdım. Hər şeyi izah etdim. Tək Araz yox, Damian Daniçiç də gedib. Arazın göndərilməsi biz tərəfdən oldu".
Abasov heyətlə bağlı növbəti mümkün dəyişikliklərə də toxunub: "İndi bu barədə danışmağımız düzgün olmaz. Qışa çox qalmayıb. Hamınız hər şeyi biləcəksiniz. Vəziyyətimiz kritikdir. İstədiyimiz futbolçular baxacaqlar ki, 10 komanda var, sonuncu sıradayıq. Turnir cədvəlinə baxıb, imtina edənlər var. Biz əvvəlcə maddiyatı yox, vəziyyətimizi göstəririk. İşimiz çox çətindir və qışdan sonra da bunu yaşayacağıq".
Mütəxəssis "Neftçi"də rəhbərliyiniz altında oynamış futbolçulardan kimi "Sumqayıt"da görmək istəyərdiniz?" sualına isə belə cavab verib: "Emin Mahmudovu istəyərdim". (gülür)