04 Dekabr 2022, 20:37
MPL
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 16-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 16-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Maraqlı və mübarizəli oyun oldu. Hesabdan asılı olmayaraq, futbolçularım sona qədər mübarizə apardılar. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Rəqibin üstünlüyü standart vəziyyətlər idi. Zədə səbəbindən bəzi futbolçuların olmaması müdafiədə boy fərqində rəqibdən geri qalmağımıza səbəb oldu. Bundan da istifadə etdilər. Qol buraxdıqdan sonra hücuma qoşulduq. Rəqibin əks-hücumda, xüsusilə də Hamidu Keytanın aktiv olduğunu bilirdik. Qolumuzu da vurduq. Bir az diqqətli və aktiv ola bilsəydik, növbəti qolu da vura bilərdik. Qarşıdan çətin oyun gəlir. çalışacağıq ki, zədəlilərimiz də sıraya qayıtsın, bizə kömək etsinlər. çünki belə sıx qrafikdə zədəlilərin çox olması bizə mane olur. Azarkeşlərimizə təşəkkür edirəm, yenə bizi yalnız buraxmadılar. 500 kilometr yol qət edib, bizi dəstəklədilər. Udsaq da, uduzsaq da, daim bizi dəstəkləyirlər".