02 Mart 2019, 19:11
MPL
Topaz Premyer Liqasının 2018/19 mövsümündə yeni rekord qeydə alınıb. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Səbail"in futbolçusu Ədilxan Qarəhmədov cari çempionatda meydana çıxan ən gənc futbolçu olub.
"Sumqayıt"la XIX turun bu gün keçirilən görüşünün (0:0) gedişində zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi əvəzləyən Ədilxan ölkə çempionatının yüksək dəstəsində debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib. Mövsümün yeni rekorduna imza atan futbolçu "Sabah"ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib.
XII turun "Qarabağ"la matçında debüt edən sonuncu meydana 17 yaş 326 günlüyündə çıxıb.