Topaz Premyer Liqasının XX turunu 6 futbolçu buraxacaq. Matc.az saytının məlumatına görə, buna səbəb onların XIX turdan sonra cəzalı duruma düşməsidi.

"Sabah" üzərində böyükhesablı qələbə qazanan "Neftçi" əvəzində iki oyunçusunu itirib. Yarımmüdafiəçi Soni Mustivar sarı vərəqə limitini doldurubsa, Məhəmməd Mirzəbəyov qırmızı vərəqə aldığı üçün Sumqayıt səfərində meydana çıxmayacaq.

Həmin oyunda "Sabah"ın da iki üzvü vərəqə limitini aşıb. Müdafiəçi Novruz Məmmədov və yarımmüdafiəçi Rəşad Eyubov ilk hissədə sarı vərəqəyə "layiq görülüb" ki, bu da onların "Keşlə" ilə görüşü buraxmalarına səbəb olacaq.

"Keşlə" isə Amil Yunanovun xidmətindən məhrum olacaq. Hücumçu 4-cü sarı vərəqəsini aldığından, "Sabah"la matçda cəzasını çəkəcək.

"Zirə" ilə qarşılaşmada "sarı" alan "Qəbələ"nin kapitanı Cavid Hüseynov da XX turda "istirahət edəcək". Yarımmüdafiəçi "Səbail"lə oyunu tribunadan izləməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest