"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XIX turunun rəmzi komandası müəyyənləşib. Matc.az sayı xəbər verir ki, 4 futbolçu bu mövsüm ilk dəfə simvolik komandaya düşüb.

Əvəzində "Qarabağ"ın yarımmüdafiəçilərindən Filip Ozobiç 7-ci, Dani Kintana isə 5-ci dəfə buna nail olub. "Neftçi"nin oyunçuları Baqali Dabo ilə Emin Mahmudov isə 4-cü dəfə rəmzi yığmaya düşüb.

Qapıçı: Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Slavik Alxasov ("Keşlə"), Edvinas Girdvainis ("Keşlə"), Tərlan Quliyev ("Keşlə"), Maksim Medvedev ("Qarabağ")-2

Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi")-4, Filip Ozobiç ("Qarabağ")-7, Emin Mahmudov ("Neftçi")-4, Dani Kintana ("Qarabağ")-5

Hücumçular: Canluka Sansone ("Neftçi")-3, Araz Abdullayev ("Qarabağ")-2

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest