07 Mart 2019, 21:00
MPL
"InStat"ın təhlilinə əsasən Topaz Premyer Liqasında XIX turun ən yaxşı futbolçusu məlum olub. Matc.az saytı xəbər verir ki, bu dəfə "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov hamıdan üstün olub.
Kapitan "Sabah"la görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudu.
Qeyd edək ki, "Sabah" üzərində 3:0 hesablı qələbə qazanan "Neftçi" liderliyini davam etdirib.