12 Fevral 2023, 17:55
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 22-ci turunda "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
"Rəqibi təbrik edirəm. çox yaxşı mübarizə apardılar, çox istəkli idilər. Biz oyuna passiv başladıq. çoxlu top itkilərinə yol verdik. Qol buraxdıqdan sonra canlandıq. Nəzarət bizdə idi. Amma ikinci qoldan sonra demək olar ki, oyunun nəticəsi bəlli idi. Komandada belə şey formalaşıb ki, qol buraxandan sonra aktivləşir. Bu, həmişə effekt verməyə bilər. 2:0-dan sonra oyunu dəyişmək çox çətin idi. Nəticə çıxarmaq lazımdır. Oyunlara daha aktiv başlamalıyıq. Bərabər səviyyəli oyun gedirdi. Bu, mənə kifayət etmirdi. Bu gün yaxşı oynadıq deyə bilmərəm. Daha üstün, dominant oynamağa çalışdıq. Rəqib buna imkan vermədi. "Səbail"ə imkan verdik ki, pressinqi effektiv olsun. Top itkilərimiz oldu. Komandadan daha yaxşı oyun gözləyirdim.
Fərqli "Səbail" var idi qarşımızıda. Əvvəlkilərlə inidiki oyun arasında fərq çox idi. Bilirdim ki, qarşımızda fərqli komanda olacaq. Rəqib bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaq. Bilirdim ki, rəqibdə boşluqlar olmayacaq. Şahin müəllim oyuna yaxşı hazırlamışdı komandanı. Gedişat pis olanda da, komandasını oyuna yaxşı hazırlaya bilir. Səhv etmirəmsə, "Səbail"ə ilk məğlubiyyətimizdir. Qalib gəlmək istəyirdik. "Neftçi" də "Qəbələ" ilə heç-heçə etmişdi. Şansımız var idi ki, üçüncü yerə yaxınlaşaq. Təəssüf ki, bu şansı qaçırdıq. Süni meydanda oynayırdıq, rəqib sonuncu pillədə idi. Bu cür rəqiblə oynamaq çətindir. çünki, ölümünə oynayırlar. "Səbail" də belədir. Yolumuza davam edirik. Narazı qalacaq bir şey yoxdur. Potensial olaraq layiqli yerimizdəyik. "Neftçi", "Sabah" bütün komandalardan fərqlənrilər. Dördüncü yer bizim üçün pis nəticə deyil. Hədəf isə üçüncülük uğrunda mübarizə aparmaqdır. Hədəf çox ola bilər, amma gedişatdan çox şey asılıdır. çox çətin qələbələr qazanırıq. İmkanlarımız çox olur, fərqlənə bilmirik. Qapımızdan isə kobud şəkildə qollar buraxırıq. Görməmişəm ki, pis oynayıb qalib gələk. Hər oyun da yaxşı oynamaq alınmır. çox hadisələr baş verir oyunlarımızda. Amma səbr etməliyik. İşləmək lazımdır. "Zirə"də qalacam, ya yox, fərqi yoxdur. Burada olduğum vaxtda işimi layiqincə yerinə yetirirəm. Maya qədər vaxtımız var. Onda vəziyyəti təhlil edib qərar qəbul edəcəyik".