13 Fevral 2023, 12:00
MPL
"Qarabağ" Avropada bu mövsüm milli çempionatlar səviyyəsində keçirdikləri oyunlarda məğlub olmayan 3 komandadan biridir.
Matc.az xəbər verir ki, Ağdam klubu cari mövsümdə Azərbaycan Premyer Liqasında keçirdiyi 22 oyunda 18 qələbə qazanıb, 4 heç-heçə edib.
"Qarabağ"dan başqa Avropada ölkə çempionatı səviyyəsində məğlubiyyət tanımayan daha iki komanda var. Bunlardan biri Serbiyanın "Srvena Zvezda", digəri isə Lüksemburqun "Svift Hesperange" klubudur. "Srvena Zvezda" cari mövsümdə keçirdiyi 21 oyunda 18 qələbə qazanıb, 3 heç-heçə edib. "Svift Hesperange" isə 16 oyundan 14 qələbə və 2 heç-heçə ilə ayrılıb.
TURAN