AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
 
Misli Premyer Liqasının XXII turunun "Turan Tovuz"  – "Kəpəz" oyununda "Turan Tovuz" azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə "Turan Tovuz" klubu 1600 manat cərimə edilib.
 
"Kəpəz" klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest