23 Fevral 2023, 16:52
MPL
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantı zamanı Premyer Liqanın 23-cü turunda qeydə alınan neqativ hallar müzakirə olunub.
"Şamaxı" ilə görüşdə topdaşıyanlar topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarından, "Kəpəz"ə xəbərdarlıq edilib.
"Neftçi" ilə matçda "Səbail"in 4 oyunçusu sarı vərəqə alıb ki, bu, qəsəbə təmsilçisinə 800 manat bahasına başa gəlib. "Neftçi"nin isə azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədilib. Buna görə, "ağ-qaralar" 4000 manat cərimələnib. Qarşılaşmadan əvvəl meydançanın vaxtında sulanmaması səbəbindən "Neftçi"yə xəbərdarlıq olunub.