"Neftçi"nin qapıçısı İvan Brkiç klubun televiziya kanalına açıqlamasında Premyer Liqanın 24-cü turunda "Qarabağ"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

"Neftçi"nin qapıçısı İvan Brkiç klubun televiziya kanalına açıqlamasında Premyer Liqanın 24-cü turunda "Qarabağ"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.  Matc.az xəbər verir ki, xorvatiyalı qolkiper "Azersun Arena"dakı matça qələbə dalınca yollanacaqlarını deyib:
 
"Qarabağ"la oyun derbidi. Bu oyuna əvvəlki matçlardakı kimi hazırlaşırıq. Nəyə qadir olduğumuzu bilirik. Səfərdə yaxşı çıxış edərək qələbə qazana bilərik".
 
28 yaşlı qolkiper Premyer Liqada 4 oyundu qol buraxmamasına da münasibət bildirib. O, bu seriyanı davam etdirmək arzusundadı: "Neftçi"yə gəldikdən sonra ilk dəfədi uğurlu seriya davam edir. Dörd oyundu eyni heyətlə çıxış edirik. Bu da bizə yaxşı təsir edir, bir-birimizi meydanda daha yaxşı anlayırıq. Bizim üçün müsbət amildi. Dörd oyundu qol buraxmıram. Bu, təkcə mənim uğurum deyil. Müdafiə xəttinin və bütün oyunçuların uğurudur. ümid edirəm ki, bunu qoruyub saxlaya biləcəyik".
 
Qeyd edək ki, fevralın 27-də keçiriləcək "Qarabağ" – "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest