"Neftçi"nin hücumçusu Mateus Saldanya klubun televiziyasına müsahibə verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu "ağ-qaralar"ın bu gün baş tutan açıq məşqi zamanı "Qarabağ"la qarşıdakı oyun barədə fikirlərini açıqlayıb

"Neftçi"nin hücumçusu Mateus Saldanya klubun televiziyasına müsahibə verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu "ağ-qaralar"ın bu gün baş tutan açıq məşqi zamanı "Qarabağ"la qarşıdakı oyun barədə fikirlərini açıqlayıb:

- Oyuna hazırlıq necə gedir?
- Həftəboyu üzərimizdə yaxşı çalışmışıq. "Qarabağ"la oyuna hazırlaşırıq. ümid edirəm ki, bu oyunda da qol vuraraq, komandaya xeyirli olacam. çalışacağıq ki, qələbə qazanaq.

– Dörd oyunda iki qol vurmusan. "Qarabağ"la derbi oyununda fərqlənəcəyinə inanırsan?
- Əlbəttə, özümə inamım var. Vurduğum qollardan sonra özümə inanıram. ümid edirəm ki, "Qarabağ"la oyunda da qol vuraram. O da alınmasa, ən azından ötürmə edib komandaya xeyirli oyunçu olaram.

- "Qarabağ"ı yəqin ki, izləmisən. Rəqibin müdafiəsində hansı boşluqların olduğunu özün üçün müəyyən etmisən?
- "Qarabağ"ın Konfrans Liqasındakı son oyunlarını izləmişəm. özüm onları analiz etmişəm. Bilirəm ki, onlara qarşı necə oynaya bilərəm. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

Xatırladaq ki, fevralın 27-də "Qarabağ"la qarşılaşacaq "Neftçi" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest