Misli Premyer Liqasının 24-cü turunda "Neftçi" ilə keçirilən oyun "Qarabağ"ın hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 21 yaşlı forvard 1:1 hesabı ilə başa çatan görüşdə yubiley oyununa çıxıb.
 
Belə ki, millimizin üzvü çempionatlarda 50-ci matçını keçirib. O, bu matçlarda ümumilikdə 26 dəfə fərqlənib. Orta məhsuldarlığı 0,52-yə bərabər olan Qurbanlı bu qarşılaşmaları "Qarabağ" və "Zirə"nin heyətində keçirib. O, ağdamlılarda 41 oyunda 25, bakılılarda isə 9 matçda 1 qol vurub.
 
Qeyd edək ki, Musa Qurbanlı Premyer Liqada debütünü 2020-ci il sentyabrın 25-də "Qarabağ"ın heyətində "Sumqayıt"la səfər qarşılaşmasında (2:2) edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest