Topaz Premyer Liqasının XX turu 3 futbolçunun cəzalı duruma düşməsinə səbəb olub. Matc.az saytının məlumatna görə, onlardan 2-si qırmızı vərəqə alıb, 1-i isə sarı vərəqə limitini doldurub.

çətin Sumqayıt səfərində əzmkar qələbə qazanan (2:1) "Neftçi" əvəzində hücum xəttinin lideri Baqali Dabonu itirib. Qarşılaşmanın 19-cu dəqiqəsində sarı vərəqə alan fransalı forvard üçün limit dolub. Dabo sabiq komandası "Qəbələ" ilə növbəti tur matçını buraxmalı olacaq.

"Səbail"ə minimal hesabla qalib gələn (2:1) "Qəbələ"də isə Bəhlul Mustafazadə "qırmızı" aldığı üçün "Neftçi" ilə qarşılaşmada iştirak etməyəcək. 11 dəqiqə ərzində iki dəfə sarı vərəqə alan gənc müdafiəçi cəzasını XXI turda çəkəcək.

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun cəzası isə daha ağır olacaq. "Neftçi" ilə göüşün 77-ci dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulan qolkiper 1 oyunluq cəza ilə canını qurtara bilməyəcək. Onun ən azı "Sabah" və "Qarabağ"la oyunları buraxacağı dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest