Topaz Premyer Liqasının XX turunun "Zirə" ilə görüşü "Qarabağ" üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb.

1992-ci ildən keçirilən yarışda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib. "Qarabağ" evdəki bərabərlik sayında ikinci yerdədi.

öz meydanında ən çox heç-heçə edən klub isə "Neftçi"di. Bakılılar evdə 83 sülhə imza atıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest