"Sumqayıt" Azərbaycan çempionatlarında 350-ci qolu buraxıb. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu, Topaz Premyer Liqasının XX turuna təsadüf edib.

"Neftçi" ilə ev oyununda (1:2) qonaqların vurduğu ikinci top "gənclik şəhəri" təmsilçisinin Premyer Liqada qapısında gördüyü 350-ci qol kimi yadda qalıb. Bu topun müəllifi ömər Buludov olub.

2011/12 mövsümündən güclülər sırasında mübarizə aparan "Sumqayıt" 350-ci qolu 244-cü matçda buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest