Topaz Premyer Liqasının XX turunun "Qarabağ"la səfər oyunu "Zirə"nin iki futbolçusu üçün yubileylə əlamətdar olub. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılıların qapıçısı Kamal Bayramov və yarımmüdafiəçisi İlkin Muradov 40-cı dəfə komandanın heyətində meydana çıxıb.

Bu göstəricidə Riçard Qadzeyə çatan cütlük klub tarixində ən çox oyun keçirən futbolçular siyahısında 14-16-cı yerlərdə qərarlaşıblar. İlkin bu görüşlərdə 1 qol vurub, Kamal isə 36 top buraxıb.

Hər iki oyunçu üçün Premyer Liqada da əlamətdar görüş olub. 10 kubok matçında da iştirak edən 34 yaşlı qolkiper çempionatda 30-cu dəfə "Zirə"nin formasını geyinib. 23 yaşlı yarımmüdafiəçi isə Premyer Liqada 35-ci oyununa çıxıb. O, 5 kubok matçında da şans qazanıb.

Qeyd edək ki, Kamal 2015/16, İlkin 2016/17 mövsümündə "Zirə"də debüt matçına çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest