"Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın 25-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib

"Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın 25-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu matça kimi məğlubiyyət seriyamız var idi. Bu da komandada gərginlik yaradırdı. Oyundan razıyıq. çox keyfiyyətli oyun nümayiş etdirdik. Rəqibə qol fürsəti yaratmağa imkan vermədik. Müdafiə xəttindəki rotasiyalar zədə ilə bağlıdır. Abdullaye Ba və Bəxtiyar Həsənalızadə zədəlidir. Uzun müddətdən sonra Zurab Oçiqava meydana çıxdı. Ağır zədədən sonra bu gün ilk dəfə oynadığını nəzərə alsaq, kifayət qədər keyfiyyətli oyun sərgilədi. Digər mövqelərdə olan rotasiyalara gəldikdə isə, məşqlərdə yaxşı performans göstərənlərə şans verdik.
 
Komandanı oyuna kökləmək məndən asılı deyil. Bu, baş məşqçi və futbolçulardan asılıdır. Murad Musayev həftə ərzində bizimlə birlikdə olur. Oyun vaxtı da lazımi göstərişləri verir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest