Komandaların 2019-cu ilin geridə qalan 6 turundakı nəticələri də bir-birinə yaxındı. "Sabah" bu müddətdə cəmi 4, "Sumqayıt" isə 1 xal toplamağı bacarıb. Çempionatın debütantı 4 məğlubiyyətin fonunda 1 qələbə, 1 heç-heçə ilə kifayətlənməli olub.

Sabah Topaz Premyer Liqasında XXI turun oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, bununla da III dövrəyə yekun vurulacaq.

Günün ilk görüşündə autsayder "Sumqayıt" meydana çıxacaq. "Gənclik şəhəri" təmsilçisi getdikcə geriləyən "Sabah"ın qonağı olacaq. Komandaların çempionatda yaranacaq fasilə ərəfəsində üz-üzə gəlmələri hər ikisi üçün şansdı. çünki həm "Sumqayıt", həm də "Sabah" qış fasiləsindən sonra uğursuz nəticələri sıralamaqla məşğuldu və buna son qoymağın vaxtıdı.

Komandaların 2019-cu ilin geridə qalan 6 turundakı nəticələri də bir-birinə yaxındı. "Sabah" bu müddətdə cəmi 4, "Sumqayıt" isə 1 xal toplamağı bacarıb. çempionatın debütantı 4 məğlubiyyətin fonunda 1 qələbə, 1 heç-heçə ilə kifayətlənməli olub. 6 oyundan 5-də qapısında qol görən Elşad Əhmədovun kollektivi son iki matçda eyni hesaba - 0:3-ə üzülüb.

"Kimyaçılar" isə bu il hələ də qalibiyyət üzünə həsrətdilər. Hələlik yalnız "Səbail"lə heç-heçəyə öyünən Ayxan Abbasovun yetirmələri uğursuzluq seriyasına son qoymağa borcludu. Əks təqdirdə, komandanın sonuncu pillədən qurtulmaq şansı get-gedə azalacaq.

"Sabah"da yalnız zədəli Elşən Abdullayevin yoxluğunu qeyd etmək olar. Novruz Məmmədovla Rəşad Eyubov isə cəzasını başa vurub, meydana çıxmağa hazırdı. Ancaq qarşı tərəfdə problem böyükdü. Şəhriyar Əliyevlə Əmir Ağayev artıq bir müddətdi komandadan ayrı düşüblər. Bu azmış kimi, "Neftçi" ilə son qarşılaşmada qırmızı vərəqə alan Mehdi Cənnətov da çərçivədəki yerini ala bilməyəcək.

Komandalarla yanaşı, baş məşqçilər də bu oyuna dönüş anı kimi yanaşırlar. çünki məğlubiyyətlər sıralandıqca həm Əhmədov, həm də Abbasovun üzərində təzyiq böyüyür. Uğursuz seriya davam edəcəyi halda onların mövsümü başa vurmaları da şübhə altındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest