Ceydon Sanço "Mançester Yunayted"in heyətində məşqlərdən uzaqlaşdırılıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mançester təmsilçisi bəyənatda deyib: "Sanço komanda nizam-intizamı problemi həll olunana qədər fərdi qaydada, birinci komandadan uzaqda məşq edəcək".

Xatırladaq ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi  sentyabrın 3-də "Arsenal"la Premyer Liqanın 4-cü turunun matçını (1:3) buraxmışdı. Oyundan sonra Erik ten Haq bunu 23 yaşlı ingilis futbolçunun  məşqdə onu heyran etməməsi ilə izah edib. Daha sonra Sanço  komandanın ərizəsinə daxil edilməməsi ilə bağlı tvit yazıb. Yazı isə sonradan silinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest